“İran ticarət gəmilərini PUA və raket sistemləri ilə silahlandırır” - İsrailin müdafiə naziri

Tarix: 23-05-2023, 12:00 / Oxunub: 316

"İran ticarət gəmilərini pilotsuz uçuş aparatları və raket sistemləri ilə silahlandırır”.

Müvafiq açıqlamanı İsrailin müdafiə naziri Yoav Qallant Tel-Əviv yaxınlığındakı Herzliyada keçirilən təhlükəsizlik konfransında verib.

Qallant İranın ticarət gəmilərini pilotsuz uçuş aparatları və raket sistemləri kimi hücum silahları, eləcə də inkişaf etmiş kəşfiyyat məlumat toplama imkanları ilə təchiz edilmiş döyüş gəmilərinə çevirmək strategiyası barədə ətraflı məlumat verib.



Axtarış
Xəbər lenti
Reklam