Pilotsuz təyyarə Kursk vilayətinə bomba atıb

Tarix: 24-05-2023, 15:00 / Oxunub: 320


Rusiyanın Kursk vilayətində pilotsuz təyyarə partlayıcı qurğunu yarımstansiyaya atıb.

Bu barədə regionun rəhbəri Roman Starovoit özünün Telegram kanalında məlumat verib.

O qeyd edib ki, bunun nəticəsində Ukraynanın Sumı vilayəti ilə sərhədə yaxın yerləşən Plexovo, Quevo və Qornal üç kəndi enerjisiz  qalıb.

"Hazırda təmir qrupları bərpa işlərinə başlayıb. Sakinlərdən heç kim xəsarət almayıb”, - Starovoit bildirib.



Axtarış
Xəbər lenti
Reklam