Dünya çempionatında beş medal qazanmış Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar

Tarix: 8-08-2023, 11:13 / Oxunub: 336
Dünya çempionatında beş medal qazanmış Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar
İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış etmiş Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar.

"Report”un məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan para-üzgüçüləri dünya çempionatını beş medalla başa vurublar. Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzmədə qızıl, eyni məsafəyə arxasıüstə üzmədə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə "butterfly” üsulu ilə üzmədə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.

Axtarış
Xəbər lenti
Reklam