İranda azərbaycanlıların kütləvi iğtişaşı başlayacaq: Tehran Bakıya qarşı yanlış addım atsa
Tarix: 15-09-2023, 08:13 / Oxunub: 320

Azərbaycan-Ermənistan gərginliyi, xüsusən İranın hadisələrə müdaxilə etmə təhdidləri ərəb mediasının da xüsusi diqqətindədir. Londonda nəşr olunan "Alaraby” xəbər verir ki, İran son iki ildə Qafqaz regionunda baş verən hadisələri, İsrailin dəstəyi ilə Ermənistanla sərhədləri bağlamaq və sərhəd zolağına nəzarət etməklə Qafqazda geosiyasi dəyişikliklərə nail olmaq üçün Azərbaycan-Türkiyə planının göstəriciləri kimi qiymətləndirir.
Fələstin nəşrləri xeyli dərəcədə İran təbliğatının təsirindədir, bu təsirlə də Azərbaycanı qınayan mövqedən çıxış edirlər. Fələstinli müəlliflər daha çox Azərbaycan-İsrail hərbi əməkdaşlığının genişlənməsindən narahtdırlar, tez-tez də İran nəşrlərinin "işğal olunmuş Fələstin torpaqlarındakı hava limanından Bakıya hərbi yük daşınması haqda İran dezinformasiyalarını təkrarlayırlar.
Küveytin "Aljarida” qəzeti Rusiyanın Qafqazdan uzaqlaşması fonunda Ermənistanın Qərbə yaxınlaşdığını yazır.
Körfəz ölkələrinə aid başqa bir KİV növbəti dəfə İran Baş Qərargahındakı mənbəyə istinadən Azərbaycanı çəkindirici məzmunda olan dezinformasiya –sızdırma dərc edib. Sızdırmada deyilir ki, İran Baş Qərargahındakı mənbə müharibə olacağı təqdirdə, Ermənistan ərazisinə Rusiya ilə razılaşdırılmış hərbi müdaxilə etməkdə qərarlı olduğunu bildirib.
İran Baş Qərargahının, Azərbaycan hücum edərsə, silahlı qüvvələrə hərbi müdaxiləyə hazırlaşmaq üçün lazımi göstərişlər verdiyini deyən mənbə əlavə edib ki, bir neçə gün əvvəl Tehran və Moskva hərbi rəhbərlikləri arasında bu məsələni razılaşdırmaq məqsədilə görüş keçirilib. Moskva tərəfi Ukraynada müharibə aparan ölkəsinin Ermənistanla birgə müdafiə mexanizmini işə sala bilməyəcəyini bildirib. Ermənistanın Moskvadan uzaqlaşmaq, o cümlədən ABŞ-la birgə təlimlər keçirmək üçün son addımları Rusiya rəhbərliyini də qəzəbləndirir və buna görə də Moskva Tehranın müdaxiləsinə qarşı deyil.
Mənbə bildirib ki, Tehran Azərbaycanın "Ermənistanın Sünik vilayətini işğal etmək”, beləliklə, Türkiyə ilə dar sərhəd dəhlizinə malik olan Naxçıvan anklavına quru yol təmin etmək məqsədi daşıyan hücuma hazırlaşdığını göstərən kəşfiyyat məlumatları və fotoşəkilləri Rusiya tərəfinə təqdim edib. Bakıda səfərdə olan Baş Qərargahın yüksək rütbəli hərbi heyəti rəsmi Bakını əmin edib ki, Azərbaycan Ermənistan torpaqlarını işğal etmək qərarına gəlsə, İran hərbi müdaxilə edəcək və bu, sərhədlərin dəyişməsinə gətirib çıxaracaq. Bundan əvvəlsə Tehrana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan "İran Azərbaycanın işlərinə qarışarsa, Türkiyə ordusunun lazımi vaxtda cavab verəcəyi” ilə hədələdiyi bildirilirdi”-deyə nəşr məlumat verir.
Əvvəllər də məlumat verdiyimiz kimi, Körfəzin müəyyən KİV-ləri İranın fərqli strukturları tərəfindən qonşu ölkələri, o cümlədən Azərbaycanı təhdid, şantaj etmək məqsədilə dezinformasiya sızdırmaq üçün istifadə olunur. Görünür, yenə də eyni haldan söhbət getməlidir.
Səudiyyə Ərəbistanının "Elaph” nəşri isə yazır ki, Qərbin qadağan olunmuş Rusiya enerji resurslarına alternativlərə ehtiyacı olduğundan, Avropa ölkələri və ABŞ neft və qazla zəngin Azərbaycana çox təzyiq göstərə bilməz. Əgər Qərbin ürəyi Ermənistana məxsusdursa, onun ağlı da öz maraqlarına görə Azərbaycana məxsusdur. Bölgədə balanslaşdırıcı amil yalnız Moskva olub. Azərbaycan yeni reallığı hiss edib. Qərb liderlərinin, xüsusilə də Fransa prezidenti Emmanuel Makronun çağırışları humanitar yardımların çatdırılması üçün yol açmağa az təsir etdi. "Paşinyan Əliyevin tələb etdiyi qiyməti ödəyə biləcəkmi? Simasını xilas etməyən nizamlanma Paşinyanı hakimiyyətdə saxlamayacaq. Amma parlaq siyasi qələbəyə can atan Əliyev bu anı fövt etmədən bütün anklav üzərində hakimiyyətin bərpasına çalışacaq. Beləliklə, Paşinyanın niyə qəzəbini Moskvaya yönəltdiyi, ona arxalanmağı strateji səhv hesab etdiyi aydın olur”.
Nəşrə görə, Azərbaycan və Ermənistan öz aralarında davamlı sülhə can atırlarsa, Bakı çox sərt olmamalı, İrəvan isə ona ağrılı, amma tarixi yaranın bağlanmasını təmin edən güzəştlərə gedəcək qədər realist olmalıdır.
Qətərin "Aljazeera” kanalı da məsələni Avropanın enerji maraqları prizmasından şərh edir. Qeyd olunur ki, Avropa İttifaqı balanslaşdırılmış siyasət qurmağa çalışır; ötən ilin iyulunda Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi danışıqların raundu keçirilib, lakin nəzərəçarpacaq nəticələr əldə olunmayıb.
Xatırladılır ki, Aİ Samvel Şahramanyanın "separatçı prezident” seçilməsini rədd etdi, çünki Qarabağ beynəlxalq qətnamələrə görə sırf Azərbaycan ərazisidir. Lakin "Aljazeera” hesab edir ki, bu yanaşma İttifaqın böhranın hər iki tərəfi ilə, xüsusən də Avropanın mühüm qaz tədarükçüsü olan Azərbaycanla balanslaşdırılmış münasibətlər saxlamaq istəyini əks etdirir. Çünki 2022-ci ildə Azərbaycan qazının Avropa İttifaqına ixracı 11,4 mlrd kubmetrə qədər artıb.
Telekanal digər materialında İranın müdaxiləsini, o cümlədən ərəb ölkələrində müşahidə olunan SEPAH-ın yaraqlıları vasitəsilə vəkalət savaşı versiyasını iki səbəbə görə istisna edir: 1) Azərbaycanlılar, bəzi hesablamalara görə, İran əhalisinin təxminən 25%-ni təşkil edir (əslində bu rəqəm daha yüksəkdir-C.Q) və Bakının Azərbaycanın tarixi torpaqlarının bir hissəsi hesab etdiyi şimal-qərb vilayətlərində cəmləşib. Ona görə də hər hansı yanlış addımdan sonra azərbaycanlıların iştirakı ilə İranda miqyası bilinməyən iğtişaşlar başlaya bilər. 2)Hərbi müdaxilə İranı Azərbaycanın təhlükəsizliyinə ciddi sadiq olan Türkiyə ilə də üz-üzə qoyacaq... "Maraqlısı odur ki, İran öz müdaxiləsinə haqq qazandırmaq üçün Azərbaycan-İsrail münasibətlərindən istifadə etməyə çalışır, lakin bu münasibətlər ötən əsrin 90-cı illərinin əvvəllərinə gedib çıxdığından və bu gün yaranmadığına görə ciddi deyil” ,- deyə nəşr qeyd edir.
|
|
|
|
Axtarış
Xəbər lenti
Bu gün, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
Bu gün, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
Bu gün, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu gün, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
22-09-2023, 08:53

Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır
21-09-2023, 20:45

İmişli rayon Xubyarlı və Məzrəli kənd icra nümayəndəsi Eyyar adlı şəxs ekologiyanın qorxulu kabusuna çevrilib
21-09-2023, 09:16

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO
21-09-2023, 09:15

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”
21-09-2023, 09:13

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO
21-09-2023, 09:12

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib
21-09-2023, 09:11

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…
21-09-2023, 09:10

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”
21-09-2023, 09:08

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”
21-09-2023, 09:07

Ermənistanda onlarla gənc həbs olundu
Reklam
