Sahibkar Zahid Əlirza oğlu Rzayevə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik

Tarix: 16-09-2023, 16:22 / Oxunub: 3508
 Sahibkar Zahid Əlirza oğlu Rzayevə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik
 
 
 
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.
 
Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Saatlı rayonu, sahibkarlıqla məşğul olan, şəhid ailələrinə və qazilərə hörmət bəsləyən Zahid Əlirza oğlu Rzayevdir.
 
Zahid müəllim 44 günlük Vətən müharibəsində ordumuza maddi və mənəvi hər cür köməklik göstərmişdir. Şəhid və qazi ailələrinə bu gün də əlindən gəldiyi qədər köməklik göstərir.
 
Şərəfli vəzifəyə yiyələnən Zahid müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək  etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Zahid müəllimdən danışdılar. O, öz isguzarlığı ilə tanınır və seçilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.
 
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Zahid müəllim həmçinin yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! Ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
 
Prezident İlham Əliyevdən nümunə götürən Zahid müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! O, insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Zahid müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir.
 
Ona etibar edilən bütün işlərdə Zahid müəllim özünü doğruldub. Bizdə hörmətli Zahid müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Axtarış
Xəbər lenti
Reklam