İmişli rayon Ziyalımız və sahibkarımız Məhərrəmov İlham Mustafa oğluna dövlət və dövlətçiliyimizə verdiyi əvəzsiz xidmətlərinə görə təşəkkür edirik
Bu gün yazımıza Ulu Öndər Heydər Əliyevin məşhur bir sözü ilə başlamaq istəyirəm.
"Sahibkarlığın
inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar
iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Heydər
Əliyev ölkənin gələcək iqtisadi inkişafını məhz Sahibkarlıq sahəsi ilə
bağlı olduğunu vurğulayırdı.
Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişaf strategiyası dövlət-sahibkar münasibətlərində xeyli irəliləyiş əldə olunmasına şərait yaratdı. Ümumilli liderin hələ o dönəmdə əsasını qoyduğu sahibkarlıq sahəsi bu gündə ölkəmizdə günü-gündən inkişaf edir.
Bu gün haqqında danışmaq istədiyim sahibkarda öz işinin peşəkarıdır. Söhbət Məhərrəmov İlham Mustafa oğlundan gedir. İmişli rayon Ziyalımız və sahibkarımız 25.08.1984-cü ildə anadan olmuşdur.
İlham müəllim xeyriyyəçilik əməlləri ilə də tanınır. Kömək edib, el tutduğu insanların sayı hesabı yoxdur. 44 günlük Vətən müharibəsində əsgərlərimizə yüksək diqqət və qayğı göstərmiş, maddi və mənəvi hər zaman onlara dəstək olmuşdur.
İlham müəllim özü də bu gün şəhid və qazi ailələrinə hər daim dəstək olur, onların problemlərinə öz növbəsində əlindən gəldiyi qədər yardım etməyə çalışır.
Ümumiyyətlə o, insanlara göstərdiyi qayğıkeşliyi, diqqəti ilə sayılıb seçilən bir insandır.
Bizdə öz növbəmizdə Direktorumuz Zaur müəllim başda olmaqla Redaksiyamız adından İlham müəllimə dövlət və dövlətçiliyimizə verdiyi əvəzsiz xidmətlərinə görə təşəkkür edir, ona uzun və sağlam ömür arzu edirik.
|
|
|
|





























