İmişli rayon Xubyarlı və Məzrəli kənd icra nümayəndəsi Eyyar adlı şəxs ekologiyanın qorxulu kabusuna çevrilib

Tarix: 21-09-2023, 20:45 / Oxunub: 379
İmişli rayon Xubyarlı və Məzrəli kənd icra nümayəndəsi Eyyar adlı şəxs ekologiyanın qorxulu kabusuna çevrilib  
 
 
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, İmişli rayon Xubyarlı və Məzrəli kənd icra nümayəndəsi Eyyar adlı şəxs qanunsuz əməllər ilə məşğuldur.

Belə ki, məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü bir başa həmin ünvana baş çəkmişdir. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş.
 
Eyyar adlı şəxs dövlət qulluğunda işləməsinə baxnayaraq dövlətin sərvətlərinə qənim kəsilib. Daha aydın desək onun Xubyarlı və Məzrəli kənd ərazisində qum, daş, çınqıl karxanası var. Sərhəd adlı bir sahibkarla şərik işləyir. Özü dövlət işində işlədiyi üçün özü çəkilib bir qırağa, bütün hər şeyi Sərhəd edir, sonda ikisi bölüşürlər.
 
Ekologiyaya ciddi zərər vururlar. Həmin ərazidə yerləşən ağacların, əsasəndə ulğun ağaclarını talayırlar. Arazı məhv edirlər. Dövlətin sərvətini öz şəxsi əmlakları kimi istifadə eləyib, dövlətə ziyan vururlar.
 
Ekologiyanın qorunmasına görə hər zaman iskahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır. Maraqlıdır aidiyyatı qurumlar hara baxırlar. Bəlkə də Şirvan Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Elnur müəllimin, həmçinin cənab nazir Muxtar Babayevin bundan xəbəri yoxdur.

Amma xahiş edirik ki, bu məsələ barəsində ciddi şəkildə ölçü götürülsün. Ümumiyyətlə bütün güc  strukturlarından xahiş edirik ki, Eyyar müəllimin gördüyü işlər barəsində araşdırılma aparılsın və barəsində lazımi tədbir görülsün.
 
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Axtarış
Xəbər lenti
Reklam