Bakı-Ağstafa-Bakı qatarına həftə sonlarına əlavə reyslər təyin edilib

Tarix: 15-11-2023, 14:30 / Oxunub: 395
Bakı-Ağstafa-Bakı qatarına həftə sonlarına əlavə reyslər təyin edilib


Bakı-Ağstafa-Bakı marşrutu üzrə noyabrın 17-dən etibarən həftə sonlarında əlavə reyslər təyin ediləcək.

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) verdiyi məlumata görə, hər həftənin cümə və şənbə günləri Bakıdan saat 23:55-də yola düşən qatar növbəti gün saat 06:20-də Ağstafa stansiyasına çatacaq.

Ağstafadan geriyə hər həftənin şənbə və bazar günlərində saat 08:30-da yola düşən qatar həmin gün saat 14:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək. Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq edəcək.

Səyahətin komfortlu keçməsi məqsədilə qatarda biznes sinif üçün keyterinq (qidaçatdırılma) xidməti və əlavə olaraq bütün vaqonlarda səyyar satış həyata keçiriləcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya "ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Axtarış
Xəbər lenti
Reklam