(29-05-2023, 21:24)

dovrunnabzi.az










Əməkdar artist Nüşabə Ələsgərli şou-biznesin ən varlı müğənnisi olması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Sənətçi hit.az-a açıqlamasında məlumatın zarafatla deyildiyini bildirib:
"Onlar bunu zarafatla deyib, tamaşaçılar da ciddi qəbul edib. Nəyim varsa, ortadadır. Bir də ki, Allah ağızlarından eşitsin".
Qeyd edək ki, aparıcı Elgizin studiyada olan qonaqlara "Azərbaycanın ən zəngin müğənnisi kimdir?" sualına verilişdə qonaq olan Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Nüşabə Ələsgərli" cavabını verib.
Elgiz isə cavabında "Söhbət puldan gedir. Səsdən, sənətdən danışmıram", - deyə bildirib.
Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi mayın 11-dən Rusiya kinoteatrlarında nümayiş etdirilən iranlı rejissor Əli Abbasinin "Qatil” müqəddəs hörümçək” filminin yayım sertifikatını ləğv edib.
Mədəniyyət Nazirliyinin məktubunda bildirilir ki, filmdə "Rusiya Federasiyasının qanunvericiliyi ilə yayılması qadağan olunan” məlumatlar var. Sərgidə iştirak edən Filmin nümayəndələri konkret nədən danışdıqlarını açıqlamayıblar.
"Bu şəhərdə”nin Heydər Əliyev Sarayında baş tutan "Əkkiz mart” konsertindən paylaşılan səhnəcik İran sosial mediasında müzakirələrə səbəb olub.
"Milyonçu şouda iranlı nazir" başlığı ilə "Youtube" platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra "Telegram" kanallarında paylaşılıb.
Səhnəcikdə iranlı nazirə ünvanlanmış suallarda İran-Azərbaycan münasibətlərinin hazırkı durumu yumorla göstərilib.

İranda azərbaycanlıların ana dilindən məhrum edilməsi, Tehran-İrəvan qardaşlığı, Müharibə zamanı ölkəmizə İranın deyil, İsrailin dəstək verməsi, Təbrizin Azərbaycanın qədim şəhəri olması, İslam Respublikasından ölkəmizə qeyri-qanuni yollarla narkotik ixracı kimi sualları doğru cavablandıran iranlı nazir obrazı güneylilər arasında rəğbətlə qarşılansa da, İran mediası bunu təhqir olaraq dəyərləndirib.
(11-05-2023, 18:00)
"Vallah, söz tapmıram deməyə. Həyatımda bir neçə dəfə olub ki, ürəkdən sevinmişəm, söz tapa bilməmişəm. Belə yerdə deyiblər ki, sözlər acizdir, kəlimələr yetərsizdir. Bütün təşkilatçılara halal olsun ki, bu cür "Xarıbülbül" festivalı təşkil ediblər. Həm yeyirik, həm səfalı yerlərini gəzirik, həm də festivalda iştirak edirik. Bu il festivalın ərazisi bir az da böyüyüb. Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğu üçün türkdilli ölkələrdən bura musiqiçilər, sənətçilər gəlib. Dünən onların çox gözəl çıxışı oldu. Mən də qol qaldırıb oynadım. Dostlarla birgə arzuladıq ki, təki belə xoş günlərdə qol qaldırıb oynayaq. Onu da deyim ki, "Xarıbülbül" festivalı ildən-ilə daha da gözəl keçirilir. Şuşada gəzdikcə şəhidlərimizə, ələxsus da dağlarla, qayalarla dırmaşan qəhrəmanlarımıza rəhmət oxuyuram. Onların sayəsində bu gün Şuşaya çox rahat yolla gedirik. Şəhidləri bir an olsun belə unutmamalıyıq".
44 günlük müharibədən sonra azad edilən torpaqlarımızda ermənilərin Azərbaycan tarixinin bütün dövrlərinə aid abidələri və mədəni dəyərləri məhv etməsinin bir daha şahidi olduq, gözümüzlə gördük. Nəinki islam-türk abidələri, Alban (Ağvan) dövrünə aid bütün abidələri erməniləşdirməyə cəhd faktları üzə çıxdı, erməniləşdirməyə nail olmadıqlarını isə ya dağıdıblar, ya da nəzarətsiz qoyub, içində min oyunlardan çıxıblar. İndi isə dünya mediasında yalandan hay-küy qaldırırlar ki, azərbaycanlılar "erməni kilsələri"ni dağıdır.
Bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, Alban dövrünə aid bütün tarixi yazılar və mənbələr elə abidələrin özündədir:
"Ermənilər iddia edirlər ki, guya Qarabağda olan kilsələr "onlara aiddir". Bəs, özlərini "ilk xristian" hesab edən ermənilər Tuğ kəndində olan bu qədim Qtiçavank kilsəsini niyə bu günə salıblar? Məgər xristian dininin "ilk daşıyıcsı" olan "xalq" belə edə bilərdimi?
Çünki bu kilsənin Alban (Ağvan) dövrünə aid olmaqla yanaşı, freskası, memarlıq üslubu, üzərində olmuş yazılar, xaç nümunələri və şairlərin türklərə məxsus olduğunu bilirlər. Dəyişmək gücündə olmadıqları üçün onu bu günə salıblar.
Bu kilsənin guya 13-cü əsrə olduğunu iddia edirlər. Axı, 13-cü əsrdə bu regionda türk dövlətləri, türk xalqı və ən əsası da islam dini var idi. Belə bir dövrdə, belə bir mühitdə bu cür kilsəni burda yaşamayan ermənilər necə tikə bilərdi?"
Alim bildirib ki, 9-cu əsrdən qaynaqlarda "Tuğ piri" kimi adı keçən Qtiçavank kilsəsinin memarlıq üslubu Xudavəng, Kiş və Yeddi kilsə Alban abidələri ilə eynilik təşkil edir:
"Eyni üslub, eyni freska, eyni cür tikiliş, eyni cür mehrab, eyni cür yazılar...
"Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
Yarış Böyük Britaniyanın Liverpul şəhərində təşkil olunub.
Belə ki, bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar. Onlar arasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da yer alıb. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaq.
Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları "Tell me more” mahnısı ilə təmsil edir.
Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır.
Dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədir.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir.
9-11 may tarixlərində davam edəcək festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.
Müğənni Əli Mirəliyev və şair Anar Vəziroğlunun arasında canlı efirdə qalmaqal yaşanıb.
"Bizimləsən" ictimai-sosial verilişində espert qismində iştirak edən tərəflərin mübahisəsinə səbəb müğənnin şairə söylədiyi "Başını bilmədiyin yerə soxursan" sözləri olub.
Əli Mirəliyevin bu sözlərinə Anar Vəziroğlu "od püskürüb":
"Mən eşitməmişəm, amma mənə söylədilər ki, siz mənə "Anar başını bilmədiyi yerə soxur" sözlərini demisiniz. Yadında saxla, Əli müəllim sənə böyük hörmətim var. Amma kimsə, mənə qarşı hörmətsizlik edəndə, dayanmıram, düz də edirəm. Mən başımı girmədiyi yerə soxan kişilərdən deyiləm. Sən Faiq Ağayev, Müslim Maqomayev, Polad Bülbüloğlunu bəyənmirsən. Əgər sən dediyim kimi, bu sözlərinin musiqiyə aid olduğunu deyirsənsə, mən musiqiçi ailəsində böyümüşəm. Niyə mənim musiqidən xəbərim yoxdur? Əli müəllim siz məndən yaşca böyük, peşəkar müğənni ola bilərsiniz, amma mənim üçün peşəkar musiqiçi Alim Qasımov, Faiq Ağayevdir. Siz isə yox! Əli müəllim cızığından çıxdı. Əgər mənimlə bir verilişdə iştirak etmək istəmirsənsə, xoş getdin. Oturduğum yerdə bostanıma niyə daş atırsınız?".
A.Vəziroğlunun bu ifadələrindən sonra Ə.Mirəliyev qarşı tərəfdən üzr istəyib:
"Mənim sənin bostanında nə işim var? Mənim sənin qardaşın Baba Vəziroğluya böyük hörnətim var. Sənə də hörmətim var. Dedim ki, musiqi məsələlərinə qarışma. Anar, sən düz danışmırsan. Bu sahə mənə aid olduğuna görə belə dedim ki, "Başını bilmədiyin yerə soxursan". Ola bilər ki, biraz ağır səsləndi sözlərim. Bu sözlərimə görə də səndən üzr istəyirəm. Əgər ürəyinə toxundusa, üzr istəyirəm. Çünki bu musiqi sahəsini təkcə səndən yox, elə qardaşın Baba Vəziroğludan da yaxşı bilirəm. Alim Qasımovu isə 1992-ci ildə bəyənmişəm. Onun oxuduğu "Bayatı Şiraza" ağlamışam. Ondan sonra istiqamətini dəyişdirdi, mən də fikrimi ona qarşı dəyişdirdim".



































