Amerikalı jurnalistin həbs müddəti uzadılıb

Tarix: 24-05-2023, 10:30 / Oxunub: 326


Rusiya Amerikalı jurnalistin həbs müddətini uzadıb.

 Moskvanın Lefortovo Məhkəməsi casusluqda ittiham olunan Amerikanın "The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçin həbs müddətini uzadıb.

"Moskvanın Lefortovski Rayon Məhkəməsinin 23 may tarixli qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Evan Qerşkoviçin həbs müddəti üç ay bir gün uzadılıb,Bununla da jurnalist 2023-cü il avqustun 30-dək həbsdə qalacaq”, -  deyə  məhkəmədə bildirilib.

 



Axtarış
Xəbər lenti
Reklam