Rusiya Prezidenti Vladimir Putinin bu il Qazaxıstana səfəri gözlənilir.
Bu barədə Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Rusiya səfiri Aleksey Borodavkinlə görüşdə Vladimir Putinin Qazaxıstana gözlənilən səfərini və eləcə də bu ilin payızında Kostanayda XIX Regionlararası Əməkdaşlıq Forumunun keçiriləcəyini vurğulayıb.