Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Onun sözlərinə görə, sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib:


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 3-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu barədə mərkəzdən "Qafqazinfo"ya bildirilib ki, bu gün həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçiriləcək. IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan) üzrə keçiriləcək imtahanda 14 683 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Qazax, Cəlilabad və Xaçmazda təşkil olunacaq. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 


Bakıda və Abşeron yarımadasında mayın 31-dən iyunun 1-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, mayın 31-i gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31°, bəzi yerlərdə 33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-50 % olacaq.


Mayın 29-da Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

 

 

Sahibkar üçün uğur qazanmağın açarı zəhmətkeşlikdir - FOTO

 

Bir çox insanlar sahibkarı gündə 18 saat işləyən bir şəxs kimi təsəvvür edirlər. Heç bir şey etmədən, yeməksiz, yuxusuz bizneslə məşğul olduqlarını zənn edirlər. Yəni uğur qazanmağa can atan birini təsvir et desələr, bütün həyatı işdən ibarət olduğunu qeyd edirik. Əlbəttə ki, zəhmətkeşlik bir sahibkar üçün uğur qazanmağın açarıdır - bu, cəsarət tələb edir. Əslində isə bu belə də göründüyü kimi deyil.
Günün hər dəqiqəsində işləmək avtomatik olaraq səni uğurlu sahibkar etməyəcək. Belə olsaydı, demək olardı ki, sahibkar hər şeyə özü cavabdeh olardı. Köhnə məsəldə olduğu kimi, "Bir şeyi düzgün etmək istəyirsənsə, onu özün et". Bu yanaşma bəzən işləyə bilər, lakin insanların əksəriyyəti uzun müddət belə yorucu tempi davam etdirə bilmir.

Hər kəs sahibkarlığa yeni addımlar atdığı zaman müəyyən səhvlər edə bilər. Haqqında bəhs etdiyimiz Beyləqandan olan sahibkar İldırım müəllimin də həyat yolunda eniş-yoxuşu az olmayıb. Özünün səmimi etirafına görə, "ağıllı işləmək, işi bitirmək üçün düzgün insanları tapmaq və daha az xərclə daha çox iş görmək uğurlu sahibkar olmağın açarıdır. Əgər sahibkar olmaq haqqında düşünürsənsə, çox güman ki, bunun maliyyədən savayı həqiqətən nələri tələb etdiyi ilə maraqlanırsan.

İldırım müəllim onu da qeyd edir ki, bu işdə ilk öncə realist olmalısan - hər iş uğur qazanmır. Bəzən konsepsiya düzgün olmur və ya rəqabət gözlənildiyindən daha sərt olur. Çox vaxt tamamilə gözlənilməz vəziyyətlər baş verir, irəliləmə sürətini pozur.

Uğursuzluğa hazır olmalısan, amma ən əsası uğursuzluqdan qorxmamalısan!”
44 günlük Vətən müharibəsində xeyirxahlıqla ordumuzun yanında olan İldırım müəllimi "qaynar-xett.az” Azərbaycan xəbər portalı adından redaksiyamızın dostu fəxri diplomuna layiq görürük. Həmçinin, İldırım müəllimi 2023 "Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edirik.

 

Zaur Əhmədov

Əhməd Mirzəbəyov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir! - FOTO

 


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əhməd Mirzəbəyovdur.
Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əhməd Mirzəbəyov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır...
 Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Qax rayonunda da uğurla davam etdirilir. AAYDA Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəhbəri Əhməd Mirzəbəyovun uğurlu xidmətləri sayəsində Qax şəhərinin küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Turizm rayonu olan Qaxa gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir. Turizm mövsümü ərəfəsində hazırda rayonun kəndlərinə gedən yollarda təmir-bərpa işləri görülür.
Əhməd Mirzəbəyovun rəhbərliyi ilə Qax rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir. Son vaxtlar bəzi internet saytlarında Əhməd Mirzəbəyovun fəaliyyətinə və şəxsi nüfuzuna, idarənin adına xələl gətirmək üçün əsası olmayan, yalan və böhtan xarakterli yazılar verilir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Əhməd Mirzəbəyovun idarəyə rəhbərlik etdiyi dövrdə gördüyü uğurlu işləri nəzərə almayan insanların niyyəti nədir görəsən? Onlar görmürlər ki, Əhməd Mirzəbəyov ötən illər ərzində heç bir nöqsana yol vermədən Qaxda yol infrastrukturunun bərpası və yenidən qurulması üçün çalışıb.
Bu gün Əhməd müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Əhməd Mirzəbəyovun güclü idarəetmə bacarığı sayəsində 13 saylı yol istismar idarəsi MMC-nin qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Əhməd Mirzəbəyovun kollektivi Qaxda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Qax sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.
Mətbuatla sıx əlaqədə olan Əhməd Mirzəbəyovu "qaynar-xett.az" Azərbaycan xəbər portalının dostu adına layiq görür, onu və rəhbərlik etdiyi kollektivi 2023-cü il "Heydər Əliyev" ili münasibətilə səmimi qəlbdən təbrik edirik.
 
Zaur Əhmədov 

22:5423 May, 2023
49
HÜQUQ
  • A

Sələm dedikdə gəlir əldə etmək məqsədi ilə pulun bir şəxs tərəfindən başqasına qazanc əldə etmək məqsədilə borc müqabilində faizlə verilməsi başa düşülür.

Qanunvericiliklə vətəndaşlar faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması qanunvericiliklə məsuliyyət yaradır. Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyətə cəlb edilən şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.

Cinayət Məcəlləsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər:

– külli miqdarda ziyan vurduqda;

– külli miqdarda gəlir əldə etməklə törədildikdə;

– mütəşəkkil dəstə tərəfindən törədildikdə—

Bu əməllər:

– xüsusilə külli miqdarda ziyan vurduqda;

– xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.



Mədə-bağırsaq traktının bir çox xəstəliklərində, xüsusilə xroniki mərhələdə fiziki fəaliyyət əks- göstərişdir.

Qastroenteroloq İlya Nevzorovun sözlərinə görə, idmandan sonra hətta xəstəxanaya yerləşdirilməyə səbəb olacaq üç xəstəlik var.

"Medicina” xəbər verir ki, qastroenteroloq İlya Nevzorovun sözlərinə görə, idmandan sonra hətta xəstəxanaya yerləşdirilməyə səbəb olacaq üç xəstəlik var.


Mayın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Axtarış
Xəbər lenti
Reklam